YURTHABER

Bize Ulaşın BİZE ULAŞIN

Azerbaycan’da Hukuk ve Özgürlük Savaşçıları

Muhalif sesleri susturanlar,iftiralarla onları hapse dolduranlar; gerçekte mâşerî vicdana hapsedilmişlerdir de haberleri yoktur.

Bu yazı, Evez Zeynallı’nın “On Günlüğü”ne hasredilmiştir.

Hiç tanımadığım, hiçbir yerde karşılaşmadığım, uzaktan uzağa bir defa bile olsun selâmlaşmadığım bir insanı, Azerbaycan vatandaşı, gazeteci Evez Zeynallı’yı bir kez daha yazacağım. Onun şahsında, ihlâl edilen demokratik hakları, evrensel hukuku ve mâşerî vicdanı bir daha gündeme getireceğim...

***

10 Aralık 1948 tarihinde Birleşmiş Milletler tarafında kabul edilen “İnsan Hakları Evrensel Beyannamesi”nin hiçbir maddesinin uygulanmadığı Azerbaycan’da, insan hak ve hürriyetlerini savunanların muhatapları ancak Sovyetler Birliği’indeki Stalin döneminin en acımasız KGB şefi Beria yöntemlerini uygulayan, komplolarla, iftiralarla, yalancı şahitlerle, akla hayâle gelmez bahanelerle, gencecik çocukların ceplerine attıkları uyuşturucu maddelerle insanları suçluyarak tutuklayan, âleni işkencelerden geçiren çağ öncesi kafalardır...

Dünyanın herhangi bir demokratik ülkesinde kalkıp da birine “Beria döneminin KGB ‘sine ait yöntemlerin kullanıyorsunuz” diyecek olsanız, hakaret kabul ederek derhâl sizi mâhkemeye verir, dava ederler. Oysa bunu, bunların yüzlerine söyleyince; utanmak yerine, bilakis böbürlenerek yaptıklarıyla gurur duyuyorlar. Sonuç olarak da; çağın neredeyse yüz yıl gerisinde kalmış bu zihniyet, bu çağdışı köhne kafalar, azadlık peşinde olan her Azerbaycan vatandaşının karşısına birer zulümkâr olarak çıkıyorlar...

Totaliter rejimlerdeki tek adamın demir yumruğu halkın kafasına inerken, dünyanın neresinde olursa olsun, diktatörün yanına yöresine yerleşen yardakçılar o demir yumruğu alkışlamakta, onun gölgesine girerek kendisi ve ailesine maddi ve manevi çıkar sağlamakta, çoğu zaman da kraldan çok kralcı kesilerek asıl diktatörden daha fazla halka zarar vermektedirler.

Bu tipler, genellikle dünyadan ve çağdaş hukuktan bihaber, bağnaz, câhil, para ve makam düşkünü muhterislerdir. Efendilerine ne kadar sadık olduklarını ispat etmek için küçücük beyinleriyle, büyük işlere müdahâle ederek hak ve hukuk kavramını yerle bir ederler. Bazen de lotuluk yaparak gülünç duruma düşerler. Meselâ, bir muhalif gazetenin kuruluş yıldönümünü kutlayacağı restoranın ve bilâhere ülke aydınlarının toplanacağı bir otelin elektriğini kestirecek, ülkenin en eski siyâsi partisinin olağan kongresini yapması için bir toplantı salonu dahi vermeyecek kadar seviyesiz zavallılardır bunlar.

Öte taraftan, baştan aşağı rüşvet ve yolsuzluk çamuruna batmış bir ülkede, en çok güvenilmesi gereken yargı da bizzat rüşvete bulaşmıştır ki, sade vatandaşın yegâne güvencesi olması gereken yargı sistemi, ülke çapında bizzat çamur deryasının içine dalmıştır...

Maaşından başka bir geliri olmayan ve en çok 1500 manat maaş alan bir hâkimin altında 80-100 bin dolarlık arabası varsa ve 300-500 bin dolarlık bir villa yaptırmışsa, bu hâkimden hangi mantıkla adil karar vermesi beklenebilir?

Devletin en tepesindeki yolsuzluk kazanını kaynatıyorsa, kepçe tutanlar da birer kepçe öz tencerelerine aktaracaklarıdır elbet! Hâl böyle ounca da, yukarıdan gelen emirlere göre mâhkeme kararları çıkacaktır...

Bir ülkedeki adalet mülkünün temeli ancak böyle yıkılır...

***

Diktatörlerin toplum kesimleri içinde en çok korktuklarının başında ise; namuslu gazeteciler, dürüst muhalifler ve korkusuz aydınlar gelmektedir. Bürokrasi, onlar için hiçbir zaman problem olarak görülmez; zira, içlerindeki aykırı isimler en kısa yoldan derhâl tesirsiz hâle getirilir...

Onlar daha çok, okuyan, araştıran, hak ve hukukunu bilen, şeref ve haysiyetini başkalarına teslim etmeyen, bugünkü ve gelecekteki haklarını arayan vatandaşlar yerine; kaderine razı, gerçek hakettiğinin onda biri dahi verildiğinde rıza gösteren, her emre kayıtsız şartsız boyun eğen ve diktatöre her zaman ve zeminde bağlılık gösteren vatandaşlardan hoşlanırlar!..

***

Muhalefetin sesinin kısıldığı bir ülkede demokrasiden bahsedilemez. Özgür düşüncenin ifade edilebileceği yegâne mecra basın yayın organlarıdır. Radyo, TV, gazete ve dergiler, İnternet siteleri ve sair enstrümanlar iktidara ne kadar açıksa, muhalefete de o kadar açık olmalıdır.

Meselâ, Azerbaycan muhalefet liderleri kendi verdikleri vergileriyle ve milli servetteki paylarıyla ortak oldukları devlet televizyonlarından neden faydalanamıyorlar?

AHCP lideri Ali Kerimli ve Müsavat lideri İsa Kamber, millî sermâyeyle kurulan ve her vatandaş gibi onların da vergileriyle yayın hayatını sürdüren AZTV’de neden Azerbaycan vatandaşlarına parti politikalarını çıkıp anlatamıyorlar?

Yoksa, millî servete dayalı kurum ve kuruluşlar iktidarın babasının mülkü mü sayılıyor? Böyle olması hâlinde o ülke nasıl demokratik bir ülke, nasıl bir hukuk devleti olarak kabul edilebilir?

Muhalif gazeteciler de bu haktan yararlanamıyorlar! Bugün ülkedeki muhalif basın, hepi-topu 8-10 bin tirajlı gazetelere hapsedilmişlerdir! Hangi sebeple, her Azerbaycan vatandaşı gibi hak sahibi oldukları millî TV kanalları onların görüşlerine kapalıdır?

Sebepler açık ve net olarak bellidir: Tek amaç muhalefeti susturmak!..

Muhalif sesleri susturanlar, türlü çeşitli iftiralarla onları hapse dolduranlar; gerçekte mâşerî vicdana hapsedilmişlerdir de haberleri yoktur.

21. asırda, dünyanın dört bir yanında demokratik yönetimler vasıtasıyla halkların refahı ve hürriyeti için azamî gayretler ortaya koyuluyorken, hak ve hukuk anlayışının en yüksek seviyeye yükselmesi için var güçle çalışılıyorken; Azerbaycan’da en alt seviyedeki demokratik hakların bile verilmediği, hukukun dal-budağının kör baltalarla budandığı, yargının emirle işlediği, en basit demokratik normların bile tartışma sebebi olduğu herkes tarafından açıkça bilinmektedir. Ve tabiî olarak da bu hâl, Azerbaycan yönetimi için büyük bir utanç vesilesidir.

Bu tür utanç verici hususlardan gurur duymak da, ancak çürümüş köhne mantık uygulayıcılarına ve vicdanı körelmiş insan taklitlerine yakışır...

***

Dünya üzerinde, bir gazetecinin önce gazetesindeki mal varlığını gece saatlerinde hacz ederek elinden almak, günlük en çok 300 kişinin giriş yaptığı bir İnternet sitesinde yayımlanan bir makale nedeniyle sokak ortasında terörist muamelesine tabi tutarak derdest etmek, gece yarısında yatağından hâkim kaldırıp getirerek o gazeteciyi tutuklattırmak gibi fiileri işleyen herhangi bir hukuk devleti yoktur. Bu fiiller, ancak ve ancak bir müstebitin yönetimi altındaki hukuk tanımaz bir ülkede olabilir, ki, Azerbaycan bugün, böyle bir despotik yönetimin altında zulme uğrayan mâsum insanların ülkesi olarak dünya kamuoyunun önüne çıkmaktadır...

Her şeye rağmen bugün dünya, büyük bir demokratik çalkantı ile karşı karşıyadır ve günümüz müstebitlerinin kaderi, belki yarın, belki yarından da yakın bir zamanda çakacak bir kıvılcıma bağlıdır. En baştan en ayağa kadar sisteme dâhil olanlar, er ya da geç yaptıklarının bedelini ödeyeceklerdir.

Tarih, şu veya bu şekilde ödeyenlerin, ödemek istemedikleri hâlde ödemeye mâhkûm olanların kaderlerini varak varak önümüze sermektedir...

Vay o devlet malını babasının malı gibi gibi yiyip savuranların hâline...

Vay o diktatörün etrafını sarıp sarmalamış yardakçıların, yalancıların ve talancıların hâline...

Vay o diktatörün gücünü arkasına alıp ona buna küfürler yağdıran gazeteci müsveddelerine...

Asıl bunlar acınacak durumdalar. Şerle, iftirayla hapse doldurdukları insanların elleri kolları bağlı olsa da, vicdanları hürdür en azından. İnsan gibi insan olmanın şerefi, onların aldıkları her nefesle birlikte onlara azadlığın en yüce duygusunu yaşatmaktadır.

Azadlık savaşçılarını içeri atarak ceza verdiklerini sanan müstebitler, aslında Evez zeynallı ve diğer azadlık kahramalarının yakalarına birer şeref madalyası astıklarının farkında olmayacak kadar gaflet içindeler...

Onun içindir ki, Evez Zeynallı ve onun aile fertleri üzülmek yerine, bilakis, bunca çürümüş, bunca kokuşmuş bir rejimin karşısına dikilen yıldızlar kervanına katıldıkları için gurur duysunlar. Çünkü tarih onları, uğradıkları zulmün karşısında eğilmeyen, halkın hak ve hukuk ve de adaletin tesisi uğruna mücadele eden birer halk kahramanı olarak yazacaktır...

Asıl üzülmesi gerekenler, Evez Zeynallı ve azadlık mücadelesi veren diğer mahpuslara zulmedenlerdir...

Asıl onlar, asıl onların körelmiş vicdanları halk ve Hakk nezdinde ebed-müddet hapse mâhkûm olmuştur. Gaflet ve dalâlet uykusundan uyandıkları gün, pişmanlık duymaya bile fırsatları olmayacaktır...

Azerbaycan Türkçesiyle

Azərbaycanda hüquq tanımamazlıq və azadlıq mübarizləri

Bu yazı, Əvəz Zeynallı’nın “On günlüyü” ne həsr edilmişdir.

Heç tanımadığım, heç bir yerdə qarşılaşmadığım, uzaqdan uzağa bir dəfə belə olsun salamlaşmadığım bir insanı, Azərbaycan vətəndaşı, jurnalist Əvəz Zeynallını bir daha yazacağam. Onun simasında, pozulan demokratik hüquqları, bəşəri hüququ və insanlık vicdanını bir daha gündəmə gətirəcəyəm...

***

10 dekabr 1948-ci il tarixində Birləşmiş Millətlər tərəfindən qəbul edilmiş “İnsan Hüquqları Bəşəri Bəyannaməsi”nin heç bir maddəsinin tətbiq olunmadığı Azərbaycanda, insan hüquq və azadlıqlarını müdafiə edənlərin qarşısında ancaq Sovet İttifaqındakı Stalin dövrünün ən qəddar KQB şefi Beriya üsullarını tətbiq edən, sui-qəsdlərlə, iftiralarla, yalançı şahidlərlə, ağlagəlməz bəhanələrlə, gənç uşaqların ciblərinə atdıqları narkotik maddələrlə insanları ittiham edərək həbs edən, işgəncə verən ibtidai kafalardır...

Dünyanın hər hansi bir demokratik ölkəsində bir insana “Beriya dövrünün KQB-sinə aid üsullardan istifadə edirsiniz” desəniz, o, bunu həqarət olaraq qəbul edər və dərhal sizi məhkəməyə verərlər. Oysa bunu, bunların üzlərinə dedikdə; utanmaq bir yana, əksinə lovğalanaraq əməlləri ilə qürur duyurlar. Nəticədə də; dövrümüzdən az qala yüz il geridə qalmış bu təfəkkür, bu ibtidai köhnə kafalar, azadlıq istəyində olan hər Azərbaycan vətəndaşının qarşısına bir zülümkar kimi çıxırlar...

Totalitar rejimlərdəki tək adamın dəmir yumruğu xalqın kafasına enərkən, dünyanın harasında olursa olsun, diktatorun ətrafında kök salmış havadarları o dəmir yumruğu alqışlamaqda, onun kölgəsinə sığınaraq özünə və ailəsinə maddi və mənəvi mənfəət əldə etməkdə, çox vaxt da kraldan daha çox kralçılıq edərək əsl diktatordan daha artıq xalqa zərər verməkdədirlər.

Bu tiplər, adətən dünyadan və müasir hüquqdan bixəbər, fanatik, cahil, pul və vəzifə düşgünü insanlardır. Sahiblərinə nə qədər sadiq olduqlarını sübut etmək üçün kiçik beyinləri ilə böyük işlərə müdaxilə edərək haqq və hüquq məhfumunu yerlə bir edirlər. Bəzən də lotuluq edərək gülünç vəziyyətə düşürlər. Məsələn, bir müxalifət qəzetinin yubileyinin keçiriləcəyi restoranın və ölkə ziyalılarının toplanacağı bir otelin elektriklərini kəsdirəcək; ölkənin ən qədim siyâsi partiyasının növbəti qurultayının keçirilməsi üçün bir toplantı salonu təyin etməyəcək qədər səviyyəsiz zavallılardır bunlar.

Başqa tərəfdən baxarsaq, başdan ayağa rüşvət və korrupsiya çirkabına batmış bir ölkədə, ən çox inanılması lazım olan mühakimə sistemi də şəxsən rüşvətə yoluxmuşdur ki, sadə vətəndaşın yeganə zəmanət yeri, ümid qapısı olmalıykən məhkəmə sistemi, ölkə miqyasında birbaşa çirkab dəryasının içinə qərq olmuşdur...

Maaşından başqa bir gəliri olmayan və ən çox 1500 manat maaş alan bir hakimin altında 80-100 min dollarlıq maşını varsa və 300-500 min dollarlıq bir villa tikdirmişdirsə, bu hakimdən hansi məntiqlə ədalətli qərar gözlənilə bilər?

Dövlətin ən başındakı korrupsiya qazanını qaynadırsa, çömçə tutanlar da bir çömçə öz qazanlarına qoymalıdır əlbəttə! Vəziyyət belə olanda, yuxarıdan gələn əmrlərə görə məhkəmə qərarları qəbul ediləcəkdir...

Bir ölkədəki ədalət mülkünün təməli ancaq belə dağılar...

***

Diktatorların cəmiyyət içində ən çox qorxduqları isə; namuslu jurnalistlər, dürüst müxalifət və qorxmaz ziyalılardır. Bürokratiya, onlar üçün heç vaxt problem deyildir; zira, içlərindəki zidd adlar ən kəsə yoldan dərhal təsirsiz hala gətirilər...

Onlar daha çox, oxuyan, tədqiq edən, haqq və hüququnu bilən, şərəf və ləyaqətini başqalarına təslim etməyən, bugünkü və gələcək hüquqlarını arayan vətəndaşlar yerinə; qədərinə razı olan, haqqı olanın onda biri belə veriləndə razılıq edən, hər əmrə sorğusuz sualsız boyun əyən və diktatora həmişə və hər şəraitdə bağlılıq göstərən vətəndaşlardan xoşları gəlir!..

***

Müxalifətin səsinin qısıldığı bir ölkədə demokratiyadan danışıla bilməz. Sərbəst fikirlərin ifadə edilə biləcəyi yeganə məcra mətbuat orqanlarıdır. Radio, TV, qəzet və jurnallar, internet saytları və sair vasitələr iqtidara nə qədər açıqdırsa, müxalifətə də o qədər açıq olmalıdır.

Məsələn, Azərbaycan müxalifət liderləri niyə ödədikləri vergi ilə və milli sərvətdəki payları ilə şərik oldukları dövlət televiziyalarından faydalana bilmirlər?

AXCP lideri Əli Kərimli və Müsavat lideri İsa Qəmbər, milli sərmayə ilə yaradılan və hər vətəndaş kimi onların da vergiləri ilə yayınlana bilən AzTV-də nə üçün Azərbaycan vətəndaşlarına öz partiya siyasətləri haqqında çıxış edib danışa bilmirlər?

Yoxsa, milli sərvətə söykənən qurum və təşkilatlar iqtidarın atasının mülkiyyətimi sayılır? Əgər belədirsə o ölkə necə demokratik bir ölkə, bir hüquq dövləti olaraq qəbul edilə bilər?

Müxalif fikirli jurnalistlər də bu hüquqdan istifadə edə bilmirlər! Bu gün ölkədəki müxalifət mətbuatı, cəmi-cümlətanı 8-10 min tirajlı qəzetlərin içində həbs olunublar! Hansı səbəbə görə, hər Azərbaycan vətəndaşı kimi haqları çatdığı halda milli TV kanalları onların üzlərinə bağlıdır?

Səbəb açıq aydın olaraq bəllidir: Yeganə məqsəd müxalifəti susdurmaqdır!..

Müxalif səsləri susduranlar, müxtəlif iftiralarla onları həbsə dolduranlar; həqiqətdə özləri beşeri vicdana həbs edilmişdirlər, amma bundan xəbərləri yoxdur.

XXI əsrdə, dünyanın dörd bir tərəfində demokratik idarələr vasitəsi ilə xalqların rifahı və azadlığı üçün yüksək səylər göstərilərkən, haqq və hüquq anlayışının ən ali səviyyəyə qalxması üçün var güclə təqdirəlayiq işlər görülərkən; Azərbaycanda insanlara ən alt səviyyədəki demokratik hüquqların belə verilmədiyi, hüququn qol-budağının kor baltalarla budandığı, mühakimə sisteminin əmrlə işlədiyi, ən adi demokratik normaların belə müzakirə mövzusu olduğu hamılıqca açıq-aşkar bilinməkdədir. Və təbii olaraq da bu vəziyyət, Azərbaycan idarəsi üçün böyük bir utanc qaynağıdır.

Buna bənzər utanc verici xüsusiyyətlərdən qürur duymaq da, yalnız çürümüş köhnə məntiqlə hərəkət edən vicdanı pas tutmuş insan təqlidçilərinə yaraşar...

***

Dünyada, bir jurnalistin əvvəlcə gecə vaxtı ofisindəki mallarını müsadirə edib əlindən almaq kimi, sonra gündəlik 300 nəfərdən artıq insanın oxumadığı bir internet saytında yayınlanan məqaləyə görə, yenə gecə vaxtı küçədə onunla teroristmiş kimi rəftar edərək, tez-tələsik hakimi yuxudan oyadıb gətirərək onu həbs etdirmək kimi əməllərə sahib olan başqa hər hansi bir hüquqi dövlət yoxdur. Bu əməllər, yalnız və yalnız bir monarxın idarəsi altındaki hüquq tanımaz bir ölkədə baş verə bilər, ki, Azərbaycan bu gün, belə bir despot idarənin altında zülmə məruz qalmış günahsız insanların ölkəsi olaraq dünya ictimaiyyətinin qarşısına çıxır...

Bütün bunlara baxmayaraq, bu gün dünya, böyük bir demokratik çaxnaşma ilə üz-üzədir və bu günkü despotların taleyi, bəlkə sabah, bəlkə sabahdan da tez bir zamanda alovlanacaq bir qığılcıma bağlıdır. Ən yuxarıdan ən aşağıya qədər sistemə daxil olanlar, tez və ya gec əməllərinin bədəlini ödəyəcəkdirlər.

Tarix, elə ya da belə formada bədəl ödəyənlərin, ödəmək istəməyib, amma ödəməyə məhkum olanların talelərini səhifə-səhifə qarşımıza sərməkdədir...

Vay o dövlət malını atasının malı kimi yeyib dağıdanların halına...

Vay o diktatorun ətrafını dövrəyə almış yaltaqların, yalançıların və talançıların halına...

Vay o diktatorun gücünə arxalanıb ona buna böhtan və hədyanlar yağdıran jurnalist cızma- qaraçılara...

Əsl zavallı vəziyyətdə olan bunlardır. Şərlə, böhtanla həbsə doldurduqları insanların əlləri, qolları bağlı olsa da, vicdanları azaddır heç olmasa. İnsan kimi insan olmanın şərəfi, onların aldıqları hər nəfəslə bərabər onlara azadlığın ən ali duyğusunu yaşatmaqdadır.

Azadlıq mübarizlərini içəriyə ataraq cəza verdiklərini düşünən despotlar, əslində Əvəz Zeynallı və digər azadlıq qəhrəmalarının yaxalarına tək-tək şərəf ordeni asdıqlarını başa düşməyəcək qədər qəflət içindədirlər...

Elə buna görə də, Əvəz Zeynallı və onun ailə üzvləri kədərlənməsinlər, əksinə, bu qədər çürümüş, bu qədər üfunət qoxan bir rejimin qarşısında duran ulduzlar karvanına qoşulduqları üçün qürur duysunlar. Çünki tarix onları, uğradıqları zülmün qarşısında əyilməyən, xalqın haqq və hüququnun, bir də ədalətin təsis edilməsi uğrunda mübarizə edən xalq qəhramanı olaraq yazacaqdır...

Əsl kədərlənməli olanlar, Əvəz Zeynallı və azadlıq mübarizləri olan digər məhbuslara zülm edənlərdir...

Əsl onlar, əsl onların korşalmış vicdanları xalq və Həqq nəzərində həmişəlik həbsə məhkum olmuşdur. Qəflət və dəlalət yuxusundan oyandıqları gün, peşiman olmağa belə fürsətlərı olmayacaqdır...

Anadolu Ajansı ve İHA tarafından yayınlanan yurt haberleri Mynet.com editörlerinin hiçbir müdahalesi olmadan, sözkonusu ajansların yayınladığı şekliyle mynet sayfalarında yer almaktadır. Yazım hatası, hatalı bilgi ve örtülü reklam yer alan haberlerin hukuki muhatabı, haberi servis eden ajanslardır. Haberle ilgili şikayetleriniz için bize ulaşabilirsiniz

En Çok Aranan Haberler